Suriya sahilində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-a çatıb

Suriya sahilində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-a çatıb

Aralıq dənizinin Suriya sahillərində içində təqribən 150 qeyri-qanuni mühacirin olduğu qayığın batması nəticəsində ölənlərin sayı 86-a çatıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Livanın şimalından Avropaya getdiyi güman edilən, Suriyanın liman şəhəri Tartus yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 86-ya çatıb.

Cümə günü Livanın nəqliyyat naziri həftənin əvvəlində Livandan üzdükdən sonra Suriya sahillərində batan miqrant qayığında olan ən azı 76 nəfərin öldüyünü açıqlamışdı.

Məlumata görə indiyə qədər 25 nəfər xilas edilib.

Onlarla şəxsin axtarışı davam edir.

Xəbəri paylaş

VİDEOLAR