Suriya Ordusunun Hələb və İdlibdə yeni əməliyyatı

Suriya Ordusunun Hələb və İdlibdə yeni əməliyyatı

Suriya Ordusunun Hələb və İdlibdə yeni uğurlarını açıqlayıblar

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriya ordusu dünən bu ölkənin şimalında yerləşən İdlib vilayətindəki irəliləyişlərini davam etdirərək, "Təl-Kəratin" və "Məharim" kəndlərini azad edib.

Suriyalı mənbələr bildiriblər ki, bu ölkə ordusu həmin iki kəndi azad etdikdən sonra İdlib vilayətinin şərqində terror qruplarına qarşı əməliyyat keçirib.

Suriya ordusunun qeyd olunan əməliyyatı zamanı onlarla terrorçu məhv edilib.

Hələbdə də anti-terror əməliyyatı zamanı "Nusra cəbhəsi"nin terrorçularının  Raşidin 4, Kfarnaha, Han eal Asal və Elmi Mərkəzin ətrafındakı mövqeləri ordunun əlinə keçib.

Sana bildirir ki, bir müddət əvvəl terrorçuların nəzarətində olan Birna və Zeytan kəndləri Suriya Ordusunun əməliyyatı ilə azad olunub.

Xəbəri paylaş

VİDEOLAR