9.01.2020 15:46:50
Suriya Ordusu terrorçuların PUA-sını zərərsizləşdirib
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Ordusu terrorçuların PUA-sını zərərsizləşdirib.
Məlumata görə, Suriya Ordusunun Havadan Müdafiə Sistemi bir pilotsuz uçan aparatı vurub.
PUA bu gün Hama vilayətinin şimal qərbində Asila şəhərində zərərsizləşdirilib.
SANA agentliyi Suriya Ordusunun İdlibdə Semke və Berke kəndlərində terrorçuların mövqelərini də bombaladığını qeyd edib.