Suriya Ordusu Rusiya aviasiyasının dəstəyi ilə İŞİD-ə qarşı əməliyyata başlayıb

Suriya Ordusu Rusiya aviasiyasının dəstəyi ilə İŞİD-ə qarşı əməliyyata başlayıb

Rəqqa əyalətinin cənubunda ordu qüvvələrinə intensiv hücumlardan sonra ölkə səhrasında əməliyyata start verilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ordu qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Rəqqa əyalətinin cənub-şərqində İŞİD terror təşkilatına qarşı yeni hərbi əməliyyata başlayıb.

Əməliyyatlar əsasən Rəqqa əyalətinin cənub-şərqində yerləşən Cəbəl-Buşri məntəqəsində aparılacaq.

Son zamanlarda ölkə səhrası istiqamətindən ordu qüvvələrinə hücumlar artıb. Ötən həftə həyata keçirilən son hücumda 13 ordu hərbçisi həyatını itirib. Suriya Ordusu İŞİD üzvlərinin İordaniya ilə sərhəddə yerləşən və ABŞ-ın nəzarətində olan ət-Tənif bölgəsindən (Suveyda əyaləti) dəstək aldıqlarını bildirir.

Xəbəri paylaş

VİDEOLAR