Suriya ordusunun hava hücumundan müdafiə sistemi yerli vaxtla 00:30-da sionist rejim qırıcılarının Suriyanın Qunaytra vilayətinə qarşı hücumunun qarşısını alıb
Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda SANA-ya hərbi mənbə məlumat verib.
Məlumata görə, Suriya ordusunun zenit-raket sistemi sionist rejim qırıcıları tərəfindən atılan raketləri Qunaytra üzərində zərərsizləşdirməyə müvəffəq olub.
Bu raketlər Suriyanın işğal olunmuş Qolan yüksəkliklərindən atıldığı qeyd edilir.