İsrail tərəfi hücumu rəsmi olaraq öz üzərinə götürməyib.
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail hərbi hava qüvvələri və artileriyası Suriyaya hücum həyata keçirib.
Dəməşq bölgəsi ilk öncə qırıclarla, daha sonra artileriyadan atəşə verilib.
SANA bildirir ki, Qolan və Livanın işğal altındakı bölgələrdən atılan raketlər Kisva, Marc al Sultan, Bağdad körpüsü və İzra bölgələrini hədəf almaq istəyib. Lakin Hava Müdafiə Sistemləri bir neçə raketi göydə zərərsizləşdirib.
SANA Suriya Ordusunun Hava Müdafiə Sisteminin raketləri zərərsizləşdirməsilə bağlı videosunu yayıb.
İsrail tərəfi hücumu rəsmi olaraq öz üzərinə götürməyib.