Suriya Ordusu İdlibdə irəliləməsi davam edir

Suriya Ordusu İdlibdə irəliləməsi davam edir

Suriya Ordusu İdlibdə iki kəndi azad edib

Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriya Ordusu İdlibin cənubunda Maarat al Numanın qərbindəki Şeyx Dames və Xantutin kəndlərini terrorçulardan azad edib.

Məlumata görə, əməliyyat zamanı terrorçular ağır itki verib və , hərbi texnika, silah-sursat baxımından da böyük ziyana uğrayıb.

SANA müxbirinin bildirdiyinə görə, terrorçulardan sağ qalanalr Kfar Sicnə və Maar Zeytaya doğru qaçıblar. Müxbir qeyd edir ki,  əməliyyat zamanı 3 zirehli texnika vurulub, silah-sursat və təchizat isə ordunun əlinə keçib.

SANA müxbirinin sözlərinə görə, Nusra Cəbhəsi terrorçularının Kfar Nubbul, Maar Zeyta bölgələrindəki əl Fatira kəndi tərəfdə hərəkətləri Suriya Ordusu tərəfindən izlənilib və tank, artileriya ilə yolları, sığınacaqları vurulub.

Xəbəri paylaş

VİDEOLAR