Yediot Aharonot: Suriya xalqı İsrail ordusu ilə mübarizəyə hazırdır

Yediot Aharonot: Suriya xalqı İsrail ordusu ilə mübarizəyə hazırdır

Sionist media bu rejimin ordu qüvvələrinin tezliklə Suriyada hədəfə alınacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist "Yediot Aharonot" qəzeti bir xəbərdə yazıb ki, Suriyada mövcud olan bəzi sionist zabit və hərbçilərin fikrincə, bu əsgərlərin hədəfə alınması tezliklə həyata keçiriləcək.

Bu qəzetə görə, sionist rejimin işğal etdiyi bölgələrin sakinləri bu rejim ordusu ilə qarşıdurmaya hazırdırlar.

Bəşər Əsəd rejiminin süqutundan sonra sionist qüvvələr Colan təpələrinə daxil olaraq yeni bölgələri zəbt ediblər və bununla yanaşı, 1974-cü il razılaşmasını pozaraq, bufer zonasına da hücum ediblər.

Sionist qüvvələr Suriyanın sərhəd bölgələrinə təcavüzlərinin davamı olaraq bu günlərdə Quneytra ətrafındakı “Susə” kəndinə daxil olaraq dağıdıcı hərəkətlər həyata keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR