Suriya Ordusunun bölmələri Həma şəhərinin şimal-şərqində yerləşən bir neçə bölgəyə nəzarəti bərpa edə bilib.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı xəbər verib.
Məlumata görə, qoşunlar Xanasir şəhərinin ətrafına doğru irəliləyə bilib və hazırda onun ətrafında terrorçularla toqquşmalar gedir.
Həma əyalətinin şimal, qərb və şərq bölgələrində ordu ilə “Cəbhət ən-Nusra” təşkilatının terrorçuları arasında döyüşlərin davam etdiyi bildirilir.
Telekanal qeyd edib ki, bir nəfər terrorçu belə, Həmanın özünə daxil ola bilməyib. Şəhərdə toqquşma olmayıb, “Cəbhət ən-Nusrə”nin onun bir sıra məhəllələrinə nəzarət etməsi barədə bəyanatı həqiqətə uyğun deyil.