Suriya Ordusu Hələbdə anti-terror əməliyyatına start verdi

Suriya Ordusu Hələbdə anti-terror əməliyyatına start verdi

Suriya Ordusu Hələbin cənub və qərb bölgələrində anti-terror əməliyyatına başlayıb

Rasthaber Azərbaycan “Al Alam”a istinadən xəbər verir ki, Suriya Ordusu Hələbin qərb bölgəsindəki terrorçuların mövqeyini, silah depoları və rabitə xətlərini havadan bombalayıb.

Suriya Hərbi Birlikləri bu əməliyyatla terrorçular tərəfindən İdlibdəki terrorçulara dəstək verilməsinin qarşısını almaq istəyir.

Hələb sakinləri Suriya birliklərindən bu şəhərin ətrafında yuva salan terrorçu qruplaşmardan qaynaqlanan təhlükələri yox etməyə səsləmişdi.

Suriya birlikləri Hələb sakinlərinin bu tələb və istəyi çərçivəsində Hələbin cənub və şimal istiqamətində əməliyyatlara start verib.

Qeyd edək ki, bir neçə gün öncə terrorçular Hələbə minamyot hücumu həyata keçirərək bir neçə mülki vətəndaşın ölümünə səbəb olmuşdular.

Xəbəri paylaş

VİDEOLAR