Suriya Ordusu daha 3 kəndi azad etdi

Suriya Ordusu daha 3 kəndi azad etdi

İnformasiya mənbələri dünən gecə Suriya ordusu tərəfindən bu ölkənin İdlib vilayətinin cənubunda yerləşən daha üç kəndin azad edilməsindən xəbər verir

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriya ordusu dünən İdlib vilayətinin cənubundakı irəliləyişlərinin davamında Kərsəa, Əlməlaca və Fəttirəh kəndlərini terrorçuların işğalından azad etməyə müvəffəq olub.

Suriya ordusu bundan əvvəlki  günlərdə də İdlib vilayətinin cənubunda bir neçə kəndi və bölgəni azad edə bilmişdi.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.

Suriyada böhran 2011-ci ildən Ərəbistanın, Amerikanın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı. Məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olub.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayəsilə İŞİD terror qrupunun bu ölkədəki işini bitirə bilib.

Digər terror qrupları da məğlub olmaqdadırlar.

Xəbəri paylaş

VİDEOLAR