Suriya: Kimyəvi silahımız yoxdur

Suriya: Kimyəvi silahımız yoxdur

Suriya xarici işlər nazirinin müavini Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlarını cəfəngiyyat adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Feysəl Əlmiqdad Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlarını cəfəngiyyat  adlandırıb.

 "Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair saxta ssenari Qərbin Suriyaya qarşı fitnəsinin bir hissəsidir. Qərblilər, Türkiyə, ərəb ölkələri, o sıradan Ərəbistan Suriyadakı terror qruplarını kimyəvi maddələrlə təmin ediblər.", -deyə Feysəl Əlmiqdad əlavə edib.

 Suriya xarici işlər nazirinin müavini bildirib ki, bu barədə Rəsmi Dəməşqin əlində fakt və sənədlər vardır. 

"Əksinə terrorçular kimyəvi silahdan Suriyanın ordusu və xalqına qarşı istifadə edirlər.", -  Əlmiqdad  deyib.

Xəbəri paylaş

VİDEOLAR