Suriya işıqsız qaldı - SƏBƏB

Suriya işıqsız qaldı - SƏBƏB

Suriyanın neft və mineral resurslar naziri Əli Qənim bildirib

Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriyanın Dəməşq bölgəsində yerləşən qaz kəmərində partlayış baş verib.

İnsident nəticəsində bütün ölkə ərazisində elektrik kəsilib.

Suriyanın neft və mineral resurslar naziri Əli Qənim bəyan edib ki, partlayış terror aktı nəticəsində baş verib.

“Adra və Dumeyr rayonları arasında olan qaz kəmərindəki partlayışın terror akt nəticəsində baş verdiyi müəyyən edilib”, – deyə o bildirib.

Ölkənin energetika naziri Zuheyr Harbutli deyib ki, ölkə üzrə elektrik təchizatı bərpa edilir və bərpa prosesi əyatlər üzrə mərhələli şəkildə gedir.

Onun sözlərinə görə, mütəxəssislər nasazlıqların aradan qaldırılması işlərini davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR