Moskvada Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MKT) rəhbəri Hakan Fidan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriya müdafiə naziri Əli Mahmud Abbas və iki ölkənin kəşfiyyat rəhbərləri arasında görüş keçirilib.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə-Rusiya-Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin görüşündə Suriya böhranı, qaçqın problemi və Suriyadakı terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.
Konstruktiv atmosferdə keçən görüşdə Suriya və regionda sabitliyin təmin edilməsi və qorunub saxlanılması məqsədilə üçtərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə mümkün görüş təklifini rədd edib.