Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi qəzada sağ qalanların olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, Azərbaycanın paytaxtı Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında hündürlüyünü itirərək qəzaya uğrayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.