Suriya hökuməti Türkiyə ilə danışıqların aparılmasını təkzib edib

Suriya hökuməti Türkiyə ilə danışıqların aparılmasını təkzib edib

Suriya hökuməti rəsmi müstəvidə Türkiyə ilə dialoqun aparılması ilə bağlı iddiaları təkzib edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Suriya-Türkiyə hökumətləri arasında danışqıların aparılması, bu istiqamətdə vasitəçiliklərin səməri verməsi, əsir və məhbusların mübadiləsi və sair kimi iddialar həqiqəti əks etdirmir.

Suriya XİN-in bu bəyanatında bildirilib ki, rəsmi Dəməşqin “ölkə ərazisini zəbt edən Türkiyə və onun dəstəklədiyi birləşmələrə olan münasibəti dəyişməyib.”

Qeyd edək ki, bundan öncə Türkiyənin Hürriyyət qəzeti BƏƏ vasitəsilə Ankara və Dəməşq arasında rəsmi müstəvidə danışıqların olduğunu yazmışdı.

Xəbəri paylaş

VİDEOLAR