"Suriya hökuməti ilə qanuni müxalifət qrupları arasında siyasi danışıqlar başlayır"

İranın Xarici İşlər naziri deyib: “Suriya hökuməti ilə qanuni müxalifət qrupları arasında siyasi danışıqların başlanması qərara alındı. Bugünkü Astana görüşünün tələbləri bunlar idi. Təbii ki, bununla bağlı Suriya hökuməti ilə məsləhətləşmələr aparmağımız nəzərdə tutulub.”

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi Astana görüşündən sonra jurnalistlərə açıqlamasında deyib: “Bugünkü Astana görüşündə Suriyada çox vacib olan cari məsələlər müzakirə edildi. Döyüşlərin dərhal dayandırılması və Suriyanın ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməsi bütün iştirakçıların ortaq fikri idi.” 

 

İranın Xarici İşlər naziri əlavə edib: “Həmçinin Suriya hökuməti ilə qanuni müxalifət qrupları arasında siyasi danışıqların başlanması qərara alındı. Bu görüşün tələbləri bunlar idi. Qərara alındı ki, bununla bağlı Suriya hökuməti ilə məsləhətləşək. Mənim də öz məsləhətlərim olacaq.” 

 

Əraqçi sonda deyib: “Rusiyanın da Suriya hökuməti ilə məsləhətləşmələr aparması qərara alındı.”

Xəbəri paylaş

VİDEOLAR