Suriya HHM qüvvələri İsrailin hava hücumunu dəf edib

Suriya HHM qüvvələri İsrailin hava hücumunu dəf edib

Suriyanın HHM qüvvələri cinayətkar İsrailin Dəməşqə raket hücumunu dəf edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Cinayətkar İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın cənubuna işğalçı hücumun başlaması ilə eyni vaxtda Suriyanın paytaxtı Dəməşqin qərb bölgələrinə də raket hücumları həyata keçirib.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi ölkənin Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri Məzzə ərazisi üzərində peyda olan düşmən hədəflərinə atəş açıb.

Zərbələrin işğal altında olan Colan təpələrindən endirildiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR