Suriyanın yeni hökumətinin lideri Əhməd Şara bildirib ki, ölkəsi BMT-nin İsraillə yaratdığı bufer zonada BMT sülhməramlılarını qəbul etməyə hazırdır.
Az.rasthaber.com xəbər verir ki, Suriya İsraillə sərhədə yaxın Colan təpələrində BMT sülhməramlılarının yerləşdirilməsinə razılıq verib.
Suriyanın yeni lideri Şara Dəməşqdə Qətər nümayəndə heyəti ilə danışıqlar zamanı bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları BMT sülhməramlılarını İsrail sərhədinə yaxın Colan təpələrində bufer zonada yerləşdirməyə razılaşıblar.
“Biz BMT qüvvələrini bufer zonasına qəbul etməyə hazırıq ki, vəziyyət İsrailin irəliləməsindən əvvəlki vəziyyətinə qayıtsın”, - deyə Şəra bildirib.
İsrailin bufer zonasına daha dərindən irəliləmək üçün artıq bir arqumentinin olmadığını bildirən Şəra deyib:
"İsrailin bölgədə irəliləməsi İran milisləri və Hizbullahın varlığından qaynaqlandı. Dəməşqin azad edilməsindən sonra onların heç bir bəhanəsi olduğuna inanmıram. ."