Suriya: ABŞ-ın ölkənin neft-qaz sektoruna vurduğu birbaşa ziyan 19 milyard dollardır

Suriya: ABŞ-ın ölkənin neft-qaz sektoruna vurduğu birbaşa ziyan 19 milyard dollardır

Suriya hökuməti ABŞ qüvvələrinin hücumları və əraziləri zəbt etməsi nəticəsində dəymiş birbaşa ziyanların dəyərini açıqlayıb və onların 25,9 milyard dollar təşkil etdiyini bildirib. Bunun 19,8 milyard dollarının neft və qaz sahəsinə aid olduğu deyilir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bu gün bəyanat verib.

Nazirlik çərşənbə günü yaydığı bəyanatda deyib: Ən son statistikalar göstərir ki, Amerika qüvvələri, onun dəstəklədiyi birləşmələr və onlara bağlı terror təşkilatlarının Suriya ərazisinə hücumları nəticəsində birbaşa itkilərin dəyəri 25,9 milyard dollar təşkil edib. 19,8 milyard dollar dəyərində neft, qaz və mineral ehtiyatlar oğurlanıb.

Vandalizm və obyektlərin avadanlıqlarının oğurlanması 2,9 milyard dollar, qeyri-qanuni beynəlxalq koalisiyanın neft və qaz obyektlərini bombalaması nəticəsində dəymiş ziyan isə 3,2 milyard dollar təşkil edib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, dolayı itkilər 86 milyard dolları ötüb ki, bu da xam neft, təbii qaz, neft məhsulları, mineral ehtiyatlar və sair əlaqəli sahələrdə normal iş rejimində hasilatın planlaşdırılan templərdən aşağı olması və ya ümumiyyətlə olmamasına görədir.

Xarici İşlər Nazirliyi Suriyanın sərvət və resurslarının Amerika qüvvələri tərəfindən davamlı şəkildə talan edilməsini pisləyərək deyib: Amerika işğalçı qüvvələri və onunla əlaqəli silahlı qruplar neft, buğda və digər əsas resursları və Suriya xalqının milli sərvətlərini sistematik şəkildə talamaqda davam edirlər.

Xəbəri paylaş

VİDEOLAR