Süleymaniyə qarşı sui-qəsd əməliyyatında Almaniya ABŞ-la əlbir olub

Süleymaniyə qarşı sui-qəsd əməliyyatında Almaniya ABŞ-la əlbir olub

Almaniya parlamentinin səkkiz nümayəndəsi bu ölkənin dövlət başçılarını general Süleymaninin terrorunda Vaşinqton ilə əlbir olmaqda ittiham edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Almaniya mərkəzi parlamenti "Bundestaq"da solçu partiyadan səkkiz nümayəndə dünən bu ölkənin kansleri Angela Merkelə və onun nazirlər kabineitnin üzvləriən qarşı cinayət işi qaldıraraq, onları İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general Süleymaninin terrorunda Vaşinqton ilə əlbir olmaqda ittiham edib.

Solçu partiyanın öz saytında dərc etdiyi bu şikayət ərizəsində Merkeldən əlavə, Almaniyanın xarici işlər, müdafiə və daxili işlər nazirləri Hayko Maas, Anneqret Kramp-Karrenbauer və Horst Zihoferin adları hallanır.

Bu parlament üzvlərinin şikayət ərizəsi Almaniyanın qərbində Ramsteyn hərbi bazasına qayıdır ki, məlumatlara əsasən, orada Qərbi Asiya və Afrika səmasında amerikan PUA-lara nəzarət üçün süni peyk gücləndirici stansiyasından istifadə olunur.

Almaniyada bir məhkəmə 2019-cu ildə bir hökm çıxardı. Həmin hökmə əsasən, dövlət Amerikanın Ramsteyn bazası ilə bağlı əməliyyatlarda beynəlxalq qanunlara hörmət edəcəyi barədə zəmanət verməlidir.

Həmin məhkəmənin hakimləri bildiriblər ki, Amerikanın Yəməndə PUA əməliyyatları keçirərkən Ramsteyn bazasından istifadə etməsi haqda aydın faktlar mövcuddur.

Xəbəri paylaş

VİDEOLAR