Süleymaninin yerini satan Məcd, Bəşər Əsəd haqqında da məlumatlar ötürüb

Süleymaninin yerini satan Məcd, Bəşər Əsəd haqqında da məlumatlar ötürüb

Bildirilir ki, casusun hazırlanması İsrail rejiminin “Mossad” xidməti məşğul olub.

Rasthaber Azərbaycan IRIB-a istinadən xəbər verir ki, casusluğa görə edam edilən Mahmud Musəvi Məcd Suriya prezidenti Bəşər Əsədin şəxsi mühafizəsinə dair də məlumatları ABŞ-a ötürürdü.

Qeyd edilir ki, Məcd ABŞ kəşfiyyatının zabiti ili keçirdiyi birinci görüşdə Əsədin mühafizə rəisinə dair məlumatları təqdim edib.

Bundan başqa, o, təhlükəsizlik və kəşfiyyat orqanları əməkdaşlarının restrukturizasiya layihəsini də ABŞ xüsusi xidmət orqanlarına verib.

Bildirilir ki, casusun hazırlanması İsrail rejiminin “Mossad” xidməti məşğul olub. Məcd İranın müdafiə nazirinin Suriyaya səfərinə dair məlumatları da onlara təqdim edib.

Ehtimal edilir ki, ABŞ MKİ-yə işləməsinə görə o, 2013-cü ilin iyunundan 2017-ci ilin oktyabrınadək 280 min dollar alıb.

Xəbəri paylaş

VİDEOLAR