Süleymaninin yerini CİA-yə satan şəxs edam olundu - İranda

Süleymaninin yerini CİA-yə satan şəxs edam olundu - İranda

CİA və Mossadla əməkdaşlıq edilənlər haqqında edam hökmü icra olunub

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Məhkəməsinin hökmülə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün casusluq etməkdə və general Qasim Süleymaninin olduğu məkanlar barədə məlumatlar ötürməkdə ittiham edilən şəxs edam edilib.

Həmçinin İsrail rejiminin kəşfiyyatı “Mossad”-a da işləməkdə də ittiham edilən Mahmud Musəvi Məcd haqqında edam hökmü bu gün səhər saatlarında icra olunub.

Ona qarşı cinayət işi hələ general Süleymaniyə qarşı sui-qəsddən öncə başladılıb və ABŞ-ın iranlı generala qarşı sui-qəsdi ilə bağlı deyil.

Xəbəri paylaş

VİDEOLAR