Süleymani və Əl Mühəndisə qarşı törədilən terrordan 3 il keçir - VİDEO

Süleymani və Əl Mühəndisə qarşı törədilən terrordan 3 il keçir - VİDEO

İranın Qüds güclərinin komandanı və "Haşdi Şabi" könüllülər briqadasının komandir müavininə qarşı törədilən terror aktından 3 il keçir

Rasthaber Azərbaycan xəbər verir ki, İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" güclərinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndisə qarşı törədilən terror aktından 3 il keçir.

Qeyd edək ki, ABŞ  İraq hökümətindən icazə almadan və məlumat vermədən bu əməliyyatı həyata keçirmişdi.

Onu da qeyd edək ki, İran bu sui-qəsddən sonra ABŞ-ın İraqdakı bazalarını hədəfə almış, siyasi müstəvidə də həmlələr etmişdi. 

İran prezidenti Seyid İbrahim Rəisi  BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı Qasim Süleymaninin şəkilini qaldıraraq  "Tramp regionda terrorçuluqla mübarizədə olan Qasim Süleymaniyə qarşı terror əmrinin məhz onun tərəfindən verildiyini etiraf edib və buna görə barəsində beynəlxalq müstəvidə mühakimə icra edilməlidir", -deyə bildirmişdi.

VİDEOYA KEÇİD

Xəbəri paylaş

VİDEOLAR