Süleymani sui-qəsdilə bağlı gizli məlumatlar üzə çıxdı

Süleymani sui-qəsdilə bağlı gizli məlumatlar üzə çıxdı

Süleymaninin sui-qəsdilə bağlı gizli məlumatlar Trampın bir daha yalanını ifşa edib

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaniyə qarşı əməliyyatın keçirilməsinə razılığını 7 ay əvvəl verib.

Bu barədə "NBC" telekanalı ABŞ Administrasiyasında olan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.

Daha əvvəl məlumatda bildirilirdi ki, Tramp, ABŞ-ın İraqdakı hərbi bazasına zərbələr nəticəsində amerikalı podratçının ölümündən sonra general Qasım Süleymaniyə qarşı əməliyyat keçirmək qərarını verib.

Telekanalın məlumatına görə, İran hərbçiləri 2019-cu ilin iyununda Amerikaya məxsus uçan pilotsuz aparatı Hörmüz boğazında vurduqdan sonra milli təhlükəsizlik üzrə sabiq müşavir Con Bolton və dövlət katibi Mayk Pompeo Trampa cavab tədbiri kimi Süleymaniyə qarşı əməliyyat keçirməyi təklif edib. Tramp isə cavabında bildirib ki, İrana görə ABŞ vətəndaşı həlak olacağı təqdirdə bu addıma gedə bilər.

Xatırladaq ki, rəsmi Tehran həmin vaxt pilotsuz aparatın İranın hava məkanını pozduğu üçün vurulduğunu bildirib.

Telekanal bildirir ki, prezidentin iyunda imzaladığı sərəncamda bu şərt yer alıb və məhz bu hərbçilərin Trampa Süleymaninin öldürülməsini təklif etməsi üçün əsas verib.

Qeyd edək ki, daha əvvəl Tramp Administrasiyası Süleymaninin amerikalılara qarşı hücum planlaşdırdığına görə zərərsizləşdirildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR