Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub.
Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub.
Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.
MKİ-nin mobil bazası hesab edilən təyyarənin "Taliban" tərəfindən vurulduğu bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, Amerikanın ən təkmil casus platforması və mobil komanda mərkəzi bütün təchizatları və sənədləri ilə birgə "Taliban"ın əlinə keçib.
"Ayətullah Mayk" və Qara Şahzadə ləqəbləri ilə də tanınan Maykl D'Andreanın da Əfqanıstanın Qəni şəhərində vurulan təyyarədə olduğu bildirilir.
"Ayətullah Mayk" ABŞ MKİ-nin Yaxın Şərq regionunda ən tanınmış siması hesab olunur.
D'Andrea İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə görə də məsuliyyət daşıyıb.
Bundan əlavə, De Andrea Əl-Qaidə terror təşkilatının rəhbəri Usama Bin Ladenin zərərsizləşdirilməsi zamanı dronlarla bağlı proqramına rəhbərlik edib.
MKİ rəsmisi eyni zamanda regionda İranın nüfuzunu və şiə təsirini azaltmaq üçün İran və İraqda etiraz aksiyalarına fəal dəstək verib.
Hələlik rəsmi Vaşinqton təyyarə qəzası nəticəsində Maykl D'Andreanın ölməsinə dair yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.