Səudiyyənin əlində nüvə silahını yaratmaq üçün uran mövcuddur - İDDİA

Səudiyyənin əlində nüvə silahını yaratmaq üçün uran mövcuddur - İDDİA

Bu barədə Çin geoloqlarının gizli hesabatında deyilir.

Rasthaber Azərbaycan “The Guardian”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ərazisində uran yatağı aşkar edilib. Oradakı ehtiyatlar krallığa nüvə silahı yaratmaq üçün bəs edəcək miqdardadır.

Bu barədə Çin geoloqlarının gizli hesabatında deyilir.

Sənədə əsasən, geoloqlar Səudiyyə Ərəbistanı və Çin arasındakı nüvə sahəsindəki əməkdaşlığa dair saziş çərçivəsində krallığa göndərilib. Onlara qısa müddətdə kəşfiyyat işləri aparmaq tapşırılıb.

Nəticədə də ölkənin mərkəzi və şimal-qərbində 3 yatağın tapıldığı iddia edilir. Buradakı uran ehtiyatları 90 min ton olaraq qiymətləndirilir.

Xatırladaq ki, daha öncə Qərb KİV-lərində xəbərlər getdi ki, Səudiyyə Ərəbistanı gizli nüvə proqramının hazırlanmasında çox irəli gedib və həmin proqram hərbi xarakter də daşıya bilər.

KİV-lərin məlumatına görə, tapıntı nüvə yanacağı və silahının yaradılmasında istifadə edilə bilər.

Xəbəri paylaş

VİDEOLAR