Səudiyyənin edam etdiyi əcnəbilərin sayı açıqlanıb

Səudiyyənin edam etdiyi əcnəbilərin sayı açıqlanıb

Səudiyyə rəsmilərinin son illərdə öz torpaqlarına gələn əcnəbiləri edam etməsi ilə bağlı şok rəqəmlər açıqlanıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Avropa İnsan Haqları Təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanında 2015-2021-ci illər arasında həyata keçirilən edam rəqəmləri bütün edamların təxminən 40 faizini təşkil edib.

Məlumatda bildirilib ki, Səudiyyə Ərəbistanı 2015-ci ildən 2021-ci ilin sonuna qədər müxtəlif millətlərdən olan 361 əcnəbini edam edib. 

Təşkilatın sənədlərinə əsasən, edam edilən şəxslər əsasən Pakistan, Yəmən, Suriya, Misir, İordaniya, Efiopiya, Nigeriya, Çad, Hindistan, İndoneziya, Filippin, İraq, Şri-Lanka, Sudan, İran, Myanma, Fələstin, Eritreya, Somali, Bəhreyn, Banqladeş, Qətər, Keniya, Cibuti, Türk, Əfqan, Mali və s. millətlərdən olan əcnəbilər olub.

Xəbəri paylaş

VİDEOLAR