Səudiyyədən İranın İslam Əməkdaşlıq təşkilatının iclasında iştirakına “viza problemi”

Səudiyyədən İranın İslam Əməkdaşlıq təşkilatının iclasında iştirakına “viza problemi”

Səudiyyə İranın İslam Əməkdaşlıq təşkilatının iclasına qatılmasına mane oldu

Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri İran XİN sözcüsü Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Səudiyyənin Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən Trampın “Əsrin sazişi” planı ilə bağlı fövqəladə iclasa İrana dəvət gəlsə də, son anda İslam Respublikasının nazir müavini səviyyəsindəki məsul şəxsə viza verilməyib.

Abbas Musəvinin sözlərinə görə, İran Xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən Trampın “Əsrin sazişi” planı ilə bağlı fövqəladə iclasa dəvət olunsa da, krallıq viza öhdəliyinə əməl etməyib.

Xəbəri paylaş

VİDEOLAR