Çarter reysilə Ər-Riyaddan 83 azərbaycanlı Vətənə gətirilib
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-də çarter reysi ilə Ər-Riyaddan 83 azərbaycanlını Vətənə gətirib.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. Bu barədə AZAL-ın mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.