Səudiyyədə yeni həbs dalğası: 14 yüksək rütbəli zabit tutuldu

Səudiyyədə yeni həbs dalğası: 14 yüksək rütbəli zabit tutuldu

Məhəmməd ibn Salman yüksək rütbəli 14 zabiti həbs etdirib

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının 14 yüksək vəzifəli zabiti vəliəhd şahzadə tərəfindən həbs edilib.  

Bu barədə səudiyyəli fəal "Twitter" səhifəsində məlumat yayıb.  

Məlumata görə, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, koronavirus pandemiyasının yayılmasından istifadə edib, çox sayda zabiti həbs etdirib.  

Qeyd edək ki, Məhəmməd ibn Salman bundan əvvəl çox sayda şahzadələri və yüksək rütbəli dövlət rəsmilərini həbs etmişdi.

Xəbəri paylaş

VİDEOLAR