Məlumatlı mənbələr Ərəbistanda fələstinli və iordaniyalı məhbuslar üçün çıxarılan ağır hökmlər və onların bir qrupunun işgəncə edilməsi barədə yeni detallardan xəbər veriblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, iki ilə yaxın idarə həbsindən sonra avqustun səkkizində mühakimə edilən Ərəbistanda həbs olunmuş onlarla fələstinli və iordaniyalı barədə əldə olunan ən yeni informasiyalar bu məhbuslardan bir qrupunun işgəncə edilməsindən və onların haqqında çıxarılan hökmlərdən daha artıq detallardan söz açır.
"Muətqəli Ərrəy" tvitter hesabı yazır ki, Ərəbistanda həbs olunmuş fələstinli və iordaniyalı məhbusların haqqında çıxarılan hökmlərdən yeni detallar əldə edib və onlardan bir qrupunun işgəncə edilməsindən xəbərdar olubdur.
Səudiyyə məhkəmə aparatı Hüseyn Yəişi on altı, Həmzə Əldəviki on iki, Mahmud Qəzalı on iki, Bəlal Ələqadı isə dörd il həbsə məhkum edib.
Bu tvitter hesabının bildirdiyinə əsasən, deyilənlərə görə, səkkiz il zindana məhkum edilmiş Səmir Bəşnaq on beş il həbs cəzasına məhkum olunub, Abdullah Raşid isə vurulan ittihamlardan bəraət alıbdır.