Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi öz rəsmi portalında ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınlardan müraciətləri qəbul edəcək.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “Alarabia” telekanalı məlumat yayıb.
Zərif cinsin nümayəndələri quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmətə götürəcək. Nazirlik bildirib ki, hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri veriləcək. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir.
Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul ediləcək. Həmçinin onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər.(azertac)