Səudiyyədə görülməmiş edam hökmü, 81 nəfər bir gündə qətlə yetirildi

Səudiyyədə görülməmiş edam hökmü, 81 nəfər bir gündə qətlə yetirildi

Səudiyyə Ərəbistanında krallıq tarixinin şiələrə qarşı bir gündə icra olunan ən çox saylı edam hökmü icra olunub.

Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının DİN 81 nəfərin edam olunduğunu açıqlayıb.

Məlumata görə, edam olunanlardan 7 nəfər Yəmən, 1 nəfər isə Suriya vətəndaşıdır. Onlar dövlət işçilərinə hücum, terrorçu şəbəkələrdə fəaliyyət, quldurluq, partlayıcı qurğuların quraşdırılması və digər ağır maddələrlə ittiham olunublar. Edam olunanların bəzisi Yəmənin Husi hərəkatı ilə də əlaqələndiriliblər.

Al Mayadeen edam olunan şəxslərdən 41-nin Səudiyyənin Qətif bölgəsindən olan şiə gənclər olduğunu yazıb.

Xəbəri paylaş

VİDEOLAR