Səudiyyədə 16 şiə alimi həbsxanalardadır

Səudiyyədə 16 şiə alimi həbsxanalardadır

Bu barədə İnsan Haqları təşkilatları və koordinatorlarının açıqlamasında deyilir

Rasthaber Azərbaycan xəbər verir ki, Livanın "Nur" radiosu Səudiyyədə həbsdə olan şiə din xadimlərinin adlarını açıqlayıb.
Məlumata görə, Seyid Haşim əl-Şəxs, Hüseyn Əl-RaziŞ Məhəmməd Əl-Həbib, Seyid Cəfər əl-Ələvi, Məhəmməd Əl-İbad, Şeyx Baqir Nimrin oğlu Hüseyn Nimr və digər 10 şiə alimi həbsxanalardadır. 
Qeyd edilir ki, həbs olunan alimlərin hamısı Ərəbistanın şərqində yer alan Qətif və Əl-Əhsa bölgələrindəndir.
Bu bölgələrdə şiələrin sıx yaşadığı bildirilir.
Xəbərdə həmçinin Şeyx Baqir Nimrin oğlunun həbsindən bir az əvvəl bölgədəki İmam Hüseyn (ə) məscidinin dağıdıldığı da önə çəkilir.

Xəbəri paylaş

VİDEOLAR