Səudiyyə Yəmənin neftini qarət edir

Səudiyyə Yəmənin neftini qarət edir

Yəmənin neft naziri bu ölkənin neft ehtiyatlarının təcavüzkar səud koalisiyası və onun muzdluları tərəfindən qarət edildiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Yəmənin neft naziri Əhməd Dars bu haqda danışıb.

O 2018-ci ildə Səudiyyənin 18 milyon, 2019-cu ildə isə təqribən otuz milyon barrel Yəmən neftini qarət etdiyini iddia edib.

“Təcavüzkarlar Yəmən neftinin satışından əldə etdikləri gəlirləri səud banklarına köçürürlər.”, -deyə Yəmənin neft naziri Əhməd Dars bildirib.

Yəmən Səhiyyə Nazirliyinin Təcili Yardım Şöbəsinin müdir müavini Əbdulkərim Ənnəhari də neft məmulatlarının başa çatması nəticəsində bu ölkədə yaranmış hazırkı şərait ilə bağlı xəbərdarlıq edərək deyib: “Yəməndə təcili yardım demək olar ki, dayanıb və bu, tankerlərin təcavüzkar Səud koalisiyası tərəfindən müsadirə olunmasına görədir.”

Xəbəri paylaş

VİDEOLAR