Səudiyyə Yəməndə qadın və uşaqları bombardman etdi

Səudiyyə Yəməndə qadın və uşaqları bombardman etdi

Koalisiyanın hərbi təyyarələri əl-Hazm şəhərinin dinc insanlar yaşayan məhəllələrini bombalayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin əl-Cauf əyalətini bombalayıb.

Ötən gün baş verən hava hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla, 24 nəfər dinc sakin həyatını itirib. Həmçinin yaralılar da var.

Koalisiyanın hərbi təyyarələri əl-Hazm şəhərinin dinc insanlar yaşayan məhəllələrini bombalayıb.

Bombardman nəticəsində bədənləri parça-parça olmuş qadınlar, uşaqlar və digər dinc insanların cəsədləri Maribdəki xəstəxanalara gətirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası artıq bir neçə ildir ki, Yəmənə qarşı işğalçı və təcavüzkar siyasət yürüdür. İndiyədək onminlərlə günahsız insan həlak olub və yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR