Səudiyyə Ərəbistanı Yəmənin dinc sakinlər yaşadığı ərazilərini bombardman edib.
Rasthaber Azərbaycan almasirah-a istinadən xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ötən gün Yəmənin əl-Cəuf əyalətinin əl-Məatirə bölgəsinə zərbələr endirib.
Hücum nəticəsində əksəriyyəti uşaqlar olmaqla, 9 nəfər həyatını itirib, 12 qadın və uşaq xəsarət alıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası ötən ay əl-Cəud əyalətinin əl-Həzm şəhərində keçirilən toy mərasiminə hava zərbələri endirmişdi. Hücum nəticəsində 35 nəfər həyatını itirib.