Vəhabi krallıq ordusu və ona bağlı koalisiya beynəlxalq və humanitar qanunları heçə saymaqda davam edir
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, təcavüzkar səud koalisiyasının qırıcıları 8 dəfə Sərvah rayonunda yerləşən "Nəcd Ələtəq" bölgəsini, 6 dəfə "Mədğəl Əlcədan" bölgəsini, iki dəfə Marəb vilayətində yerləşən "Mucəzzər" bölgəsini bombalayıb.
Səədə vilayətinin Kətaf rayonunun Əlfər bölgəsi də dörd dəfə təcavüzkar səud koalisiyası qırıcılarının hücumlarına məruz qalıb.
Səud koalisiyasının qırıcıları həmçinin Hiccə vilayətində yerləşən Heyran bölgəsini üç dəfə bombalayıb.
Əlcuf vilayətinin Əlmətmə, "Xub və Əlşəəf" şəhərləri də müvafiq olaraq, iki və bir dəfə bombardman edilib.
Hələ bu hücumların törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat yayılmayıb.