Səudiyyə İranla müzakirə görüşmələri üçün vasitəçi təklif etdiyini bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının XİN rəhbəri Riyadın İranla müzakirə görüşmələri üçün vasitəçi təklif etdiyini bildirib.
Reuters agentliyinin xəbərinə görə, Ərəbistanının XİN rəhbəri Faysal Bin Farhan “Bölgənin İran ilə hər hansı bir gərginlikdən uzaq durmasından razıyıq”, -deyə qeyd edib.
Faysal Bin Farhan, İran ilə müzakirə mövzusunda açıqlamalar verməkdə davam edərək Riyadın bölgədə yaşanan olaylardakı mənfi rolunu örtməyə çalışaraq “İranın bölgədəki faktorlarını güc yolu ilə dəstəkləməməsi şərtilə İran ilə dialoqu məmnuniyyətlə qarşılayırıq və hazırıq.” – deyib.