Səudiyyə Ərəbistanının XİN-i bu haqda məlumat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanı Məkkədə ümrə və Mədinədə Peyğəmbər məscidini ziyarət etmək üçün zəvvarların girişini müvəqqəti olaraq dayandırıb.
SPA rəsmi dövlət agentliyi ölkə XİN-nə istinadla məlumatı yayıb.
Məlumatda qeyd edilir ki, dünyada yayılan koronavirus təhlükəsinə görə, bu addım atılıb.
Koronavirus yayılan ölkələrdən isə Səudiyyəyə gəlmək istəyən turistlər ölkəyə buraxılmayacaq.