Səudiyyə sutka ərzində Əlhudeydədə 245 dəfə atəşkəsi pozub

Səudiyyə sutka ərzində Əlhudeydədə 245 dəfə atəşkəsi pozub

Yəmən ordusu dünən gecə bildirib ki, səud təcavüzkarları və onların muzdluları ötən sutka ərzində bu ölkənin Əlhudəydə vilayətində atəşkəsi 245 dəfə pozub

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Yəmən ordusu bir bəyanatda qeyd edib ki, səud təcavüzkarları və onların muzdluları keçən sutka ərzində iki qırıcı və on üç casusluq dronunu havaya qaldırıb, 94-dən çox raket və mərmi atıb, 132 dəfə Yəmən ərazisindəki hədəfləri atəşə tutaraq, Əlhudəydə barədəki razılaşmanı pozub.

İsveçdə Ərriyad heyəti ilə Səna heyəti arasında razılaşdırılmış atəşkəs 2018-ci il dekabrın 18-də Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətində başladı, lakin səud koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas istiqamətdir.

Xəbəri paylaş

VİDEOLAR