Səudiyyə son sutkada Yəməndə atəşkəs rejimini 94 dəfə pozub

Səudiyyə son sutkada Yəməndə atəşkəs rejimini 94 dəfə pozub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri son 24 saat ərzində Hudeyda əyalətində atəşkəs rejimini 94 dəfə pozub.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri son 24 saat ərzində Hudeyda əyalətində atəşkəs rejimini 94 dəfə pozub.

Bundan əvvəl Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Əli əl-Kahum Əl Əhəd telekanalına müsahibəsində, Səudiyyə Ərəbistanına atəşkəsi pozmağa davam etməməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndəki humanitar böhranın aradan qaldırılması üçün bütün tərəflərin hazırkı atəşkəsə əməl etməli olduğunu bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR