Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-Yəmən koalisiyasının müşahidə təyyarələri Yəmənin Hays rayonuna hücum edib.
Səudiyyə Ərəbistanı son 24 saat ərzində Əl-Hədidə əyalətində atəşkəs rejimini 119 dəfə pozub. Yəmənin rəsmi xəbər agentliyi Səudiyyə Ərəbistanının yenidən yaşayış məntəqələrinə hücum etdiyini açıqlayıb.
Az.rasthaber.com "İslamazeri"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-Yəmən koalisiyasının müşahidə təyyarələri Yəmənin Hays rayonuna hücum edib. Eyni zamanda, koalisiya tərəfindən Əl-Hədidə əyalətinin bəzi bölgələrində raket hücumları həyata keçirilib.
Yəmənin Rəsmi Xəbər Agentliyi, Səudiyyəyə məxsus müşahidə təyyarələrinin Yəmən sərhədlərini 27 dəfə pozduğunu və döyüş helikopterlərinin 16 dəfə Yəmən vətəndaşlarının evlərini bombaladığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının hücumları BMT-nin şənbə günü axşam saat 19:00-dan etibarən tərəflər arasında atəşkəsin başlayacağını və bütün quru, hava və dəniz hücumlarının dayandırılacağını bəyan etməsinə baxmayaraq baş verib.