Səudiyyə rejimi Yəməndə atəşkəsi pozmaqda davam edir

Səudiyyə rejimi Yəməndə atəşkəsi pozmaqda davam edir

Səudiyyə koalisiya qüvvələri son 24 saat ərzində Yəməndə atəşkəs rejimini 119 dəfə pozub.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə koalisiyasına məxsus silahlı kəşfiyyat təyyarələri Taiz və Daleh əyalətlərindəki əraziləri 5 dəfə hədəfə alıb.

Məlumata görə, Səudiyyə koalisiyasına məxsus kəşfiyyat təyyarələri də Mərib, Həcc, Cevf, Səada, Taiz, Beida, Dhala əyalətləri və sərhəd üzərindən uçuşlar edərək atəşkəsi pozub.
Səudiyyə koalisiya qüvvələri həmçinin Yəmən ordusu və xalq komitələrinin Həcc, Marib və Səada əyalətlərindəki mövqelərini artilleriya və raket zərbələri ilə hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR