1.04.2022 12:59:16
Səudiyyə koalisiyasının Yəməndəki hərbi əməliyyatlarını dayandırdığını iddia etməsinə baxmayaraq, koalisiya Hudeydanın cənub cəbhələrində atəşkəsi 103 dəfə pozub.
Az.rasthaber.com xəbər verir ki, Yəmənli hərbi mənbənin verdiyi açıqlamada, Səudiyyə koalisiyasının yeni atəşkəs pozuntularının Heys və Cəbliyyə hava məkanında, casus təyyarələrinin havaya buraxılmasından və bu təyyarələrlə 4 hücumun həyata keçirilməsindən ibarət olduğunu bildirib.
Həmin mənbə, Səudiyyə koalisiyasının 7 dəfə artilleriya atəşi, 80 dəfə isə müxtəlif güllələr atdığını qeyd edib.
Qeyd edək ki, iki gün əvvəl təcavüzkar Səudiyyə koalisiyası, Hudeydanın cənub cəbhələrində, atəşkəs rejimini 115 dəfə pozub və Heys bölgəsini PUA-larla hədəfə alıb.
Xatırladaq ki, Səudiyyə koalisiyası çərşənbə günü iddia edib ki, siyasi məsləhətləşmələrin uğurlu olması üçün Yəməndəki hərbi əməliyyatlarını dayandırıb.
Bundan əvvəl isə, Ənsarullah birtərəfli qaydada üç günlük atəşkəs elan etmişdi.