Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib

Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib

Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi ikitərəfli münasibətlərin dəstəklənməsi və inkişafı planına uyğun olaraq 13 ildən sonra Dəməşqdə rəsmi olaraq fəaliyyətə başlayıb.


Dəməşqin “Dörd Fəsil” hotelində qonaqların qarşılanması mərasimində çıxış edən Haris deyib: "Səudiyyə Ərəbistanı səfirliyinin yenidən açılması iki qardaş ölkə arasında münasibətlər tarixində mühüm məqamdır."

Suriyanın xarici işlər nazirinin müavini Ayman Raad da Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı qardaşlıq və ictimai əlaqələrin dərinliyini vurğulayaraq bildirib ki, Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyinin və ondan öncə Suriyanın Ər-Riyaddakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında münasibətlərin güclənməsinə, ərəb ölkələrinin, o cümlədən region ölkələrinin maraqlarına uyğundur.

Xəbəri paylaş

VİDEOLAR