Səudiyyə Ərəbistanının İranın Məşhəd şəhərindəki baş konsulluğu fəaliyyətə başlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi Səudiyyə Ərəbistanının İranın Məşhəd şəhərindəki baş konsulluğunun 7 ildən sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi avqustun 6-da rəsmən fəaliyyətə başlayıb.
Xatırladaq ki, Ər-Riyad və Tehran 7 illik fasilədən sonra martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.