İnsan Haqları Təşkilatları Səudiyyə rəsmilərinin beş il həbsdə qaldıqdan sonra yəmənli jurnalist Mərvan əl-Marini azad etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyənin “Düşüncə məhbusları” insan haqları təşkilatı öz Twitter hesabında belə :
“Səudiyyə rəsmilərinin bildirdiyinə görə, əl-Marisi 5 illik həbs müddəti bitdikdən sonra azad edilib və ölkəni tərk edib.
Səudiyyə hakimiyyəti daha əvvəl əl-Marini 2018-ci ilin iyununda həbs etmişdi və xüsusi cinayət məhkəməsi 2021-ci ilin yanvarında ona bəraət vermişdi, lakin sonradan apellyasiya məhkəməsi qərarı ləğv edərək beş il müddətinə azadlıqdan məhrum etdi.