Səudiyyə Ərəbistanı və husilərin nümayəndə heyətləri əsirlərin mübadiləsi üçün görüşüblər

Səudiyyə Ərəbistanı və husilərin nümayəndə heyətləri əsirlərin mübadiləsi üçün görüşüblər

Səudiyyə Ərəbistanı nümayəndə heyəti Sənada Ənsarullah hərəkatının nəzarətində qalmış "Ərəb koalisiyası"nın məhbusları ilə görüşüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün paytaxt Sənaya səfər edən Səudiyyə Ərəbistanı nümayəndə heyəti Yəməndə münaqişənin başlanmasından bəri ən böyük mübadilə sazişinin həyata keçirilməsi tədbirləri çərçivəsində burada saxlanılan məhbuslarla görüşüblər.

Məlumata görə paytaxt Sənada olan və bu nümayəndə heyətinin görüşdüyü 10 əsirdən üçü Səudiyyə Ərəbistanı Ordusunun zabitləridir.

Qeyd edək ki, ötən il tərəflər əsir və məhbusların mübadiləsini bir dəfə həyata keçiriblər.

Baxmayaraq ki, Yəməndə atəşkəs müddəti uzadılmayıb, lakin Səudiyyə Ərəbistanı ilə sərhəddə hələlik nisbi sakitlik hökm sürür.

Xəbəri paylaş

VİDEOLAR